Türk mediası Prezident İlham Əliyevin Paşinyanı çətin vəziyyətə salmasından yazır
09:35 16.02.2020
Gündəm
666
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri (KİV) tərəfindən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə keçirilən müzakirələr geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, “Milliyet” və “Sabah” qəzetləri, “NTV” televiziya kanalı və digər nüfuzlu KİV-lərin rəsmi saytlarında yer alan məlumatlarda dövlətimizin başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı N.Paşinyanı fakt qarşısında qoyan fikir və mülahizələri türkdilli oxuculara çatdırılıb.
Prezident İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir”, -fikri məlumatlarda əksini tapıb. Həmçinin KİV Prezident İlham Əliyevin sadaladığı təcavüzkar Ermənistanın işğalçılıq siyasətini ifşa edən digər faktlardan - Azərbaycan ərazisinin iyirmi faizinin işğalda saxlanılması, bir milyondan çox azərbaycanlının öz yurdundan didərgin düşməsi, Xocalı soyqırımı və s. bəhs edib.
Türkiyə KİV-ləri Paşinyanın Prezident İlham Əliyev qarşısında çətin vəziyyətdə qaldığını qeyd edir.
Məlumatlarda, həmçinin Ermənistan baş nazirinin ziddiyyətli, bir-birini təkzib edən ifadələrinə də yer verilib. Bura, baş nazirin işğal olunmuş ərazilərimizdə Ermənistanın yox, Dağlıq Qarabağ ordusunun mövcud olması, lakin onun oğlunun bu bölgədə hərbi xidmət keçməsi barədə fikirləri də daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya