Türkiyə İvanka Trampa sui-qəsddə şübhəli bilinən şəxsi ABŞ-yə təhvil verdi

Türkiyə hakimiyyəti ABŞ Prezidenti Donald Trampın qızı Ivanka Trampa qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən İraq vətəndaşını ABŞ-yə təhvil verib.

Sherg.az xəbər verir ki, bu barədə 23 may tarixində "The New York Post" qəzeti məlumat yayıb.

32 yaşlı Məhəmməd Bəqir Səəd Davud əl-Səədi SEPAH və şiə silahlı qruplaşması Kataib Hezbollah ilə əlaqədə olmaqda ittiham olunur.

ABŞ istintaqının versiyasına əsasən, şübhəli şəxs 2020-ci ildə iranlı general Qasem Soleimaninin öldürülməsinə cavab olaraq İvanka Trampa qarşı hücum planlaşdırıb. Onun sosial şəbəkələrdə Tramp ailəsinin yaşayış yeri ilə bağlı məlumatlar paylaşdığı və təhdid xarakterli mesajlar yaydığı bildirilir.

Əl-Səədi mayın 15-də Türkiyədə saxlanılıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, həmçinin Qərb ölkələrində Amerika və yəhudi obyektlərinə qarşı hücumların təşkili və koordinasiyasında iştirak etməkdə ittiham edilir. İstintaq materiallarında onun Hollandiyada bankın yandırılması, Böyük Britaniyada iki yəhudiyə hücum və Kanadada ABŞ konsulluğu yaxınlığında baş verən silahlı insidentlə əlaqəsi olduğu qeyd olunur.

ABŞ tərəfi onun SEPAH sıralarında hazırlıq keçdiyini və Qasım Süleymani ilə şəxsi əlaqələrinin olduğunu iddia edir. İstintaq davam edir.