Türkiyə mətbuatı: “Qardaşlıq məhz belə günlərdə özünü göstərir”
Yusif Nəzərli
21:37 17.08.2024
Gündəm
458
Türkiyənin aparıcı media orqanları Azərbaycan və Türkiyə liderlərinin son telefon danışığı xəbərini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin media strukturları Türkiyənin müxtəlif bölgələrində baş verən irimiqyaslı meşə yanğınlarının söndürülməsi səylərinə Azərbaycanın dəstəyinin vacibliyinə diqqət çəkiblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəngi etməsi ilə bağlı məlumat televiziya kanallarının xəbər buraxılışlarında yer alıb.
Azərbaycandan Türkiyəyə amfibiya təyyarəsinin göndərilməsi ilə bağlı məlumat, həmçinin bir çox qəzet və xəbər saylarının əsas səhifələrində işıqlandırılıb.
İki qardaş ölkə liderinin telefon danışığı Türkiyə ictimaiyyətinə “Azərbaycan yenidən qardaşlığını nümayiş etdirdi!”, “Qardaşlıq əlaqələri məhz belə günlərdə özünü göstərir”, “Azərbaycan yanğınların söndürülməsinə yardım göndərir”, “Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir”, “Azərbaycan meşə yanğınlarına qarşı Türkiyəyə kömək edir” kimi sərlövhələri ilə təqdim olunub.
Media orqanları Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycana təşəkkür mesajını da diqqət mərkəzində saxlayıb.
Qeyd edək ki, son günlərdə Türkiyə ərazisində onlarla meşə yanğını qeydə alınıb. Yanğınsöndürmə əməliyyatlarına çox sayda texnika, onlarla helikopter və təyyarə cəlb edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə