
Türkiyə söz sahibinə çevrilir - RƏY
09:30 12.09.2023
Gündəm
531
Ankaranın xüsusi aktivliyi dünya siyasətində ən fəal siyasi oyunçulardan birinə çevrildiyini göstərir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin Hindistanda sentyabrın 8-dən 10-dək keçirilən 8-ci zirvə toplantısında iştirak edib. Liderlər sammit çərçivəsində “Bir dünya, bir ailə, bir gələcək” mövzusu altında, üç sessiyada fikir mübadiləsi aparıblar. Ərdoğan həmçinin G20 liderləri və sammitdə iştirak edən bəzi hökumət başçıları ilə təkbətək görüşlər keçirib, önəmli məsələlərin müzakirəsi baş tutub. Türkiyə rəhbəri ABŞ Prezidenti Co Baydenlə də ayaqüstü görüşüb və “F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü məsələsindən danışıb. Ərdoğan Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb. İki lider qlobal və regional məsələləri müzakirə ediblər. Ərdoğan Qərb liderləri ilə təmaslarda İsveçin NATO-ya üzvlüyündən də bəhs edib. Deyib ki, Türkiyə Böyük Millət Məclisində belə bir qərar qəbul olunmayınca “hə” deməyi mümkün deyil. Türkiyənin Avropa İttifaqında (Aİ) üzvlük məsələsinə toxunan Ərdoğan bu barədə “Avropa İttifaqına üzv ölkələr 50 ildir bizi başdan eləyirlər. Bizi dayandırsalar da, üzv etməsələr də, Türkiyə Türkiyədir, biz yolumuza davam edəcəyik” söyləyib. Türkiyə lideri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə Azərbaycan-Ermənistan münasibətlərini də müzakirə edib. Ərdoğan Qarabağda qondarma "seçkilərlə" bağlı Paşinyana xəbərdarlıq edəcəyini, Ankaranın bunu neqativ qəbul etdiyini bildirib.
AĞ Partiyanın sədr müavini, siyasi şərhçi Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, Rusiya XİN başçısı Sergey Lavrov G20 sammitini "qlobal cənubun", BRİKS ölkələrinin qalibiyyəti adlandırıb. Analitikin sözlərinə görə, tədbirin yekun qətnaməsi də Ukrayna rəhbərliyini narazı salıb:

"Fransa Prezidenti E.Makron Rusiya rəsmisinə cavabında deyib ki, sammiti "Putinin qalibiyyəti" kimi dəyərləndirmək lazım deyil və s. Yəni müəyyən söz atışmaları, narazılıqlar baş verib. Amma G20 sammiti Türkiyənin iştirakı baxımından önəmlidir. Prezident Rəcəb Tayyib Ərdoğan dünya lideridir və sammitdə də o cür qarşılanır. Son illərdə Türkiyənin xarici siyasətdə mühüm yol qət etməsi və Ərdoğanın dünya miqyasında liderə çevrilməsi də öz sözünü deyir. Türkiyə liderinin G20 sammiti çərçivəsində keçirdiyi görüşlər, Baydenlə, Şarl Mişellə danışıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi, İrəvana verilən mesajlar və s. Ankaranın xüsusi aktivliyini göstərir. Həm də qardaş ölkənin sadəcə regionda deyil, dünya siyasətində ən fəal siyasi oyunçulardan birinə çevrildiyini göstərir. Türkiyə bütün cəbhələrdə aktiv şəkildə siyasi fəaliyyətini davam etdirir, sözünü deməkdən çəkinmir. Təbii ki, bu da Azərbaycanın maraqlarına tam cavab verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat