Türkiyə və Suriya arasında mühüm müzakirə...

Suriya Prezidenti Əhməd Şara paytaxt Dəməşqdə Türkiyə daxili işlər naziri Mustafa Çiftçi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının məlumatında deyilir.

Görüşdə iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi üçün addımlar müzakirə olunub.

Tərəflər həmçinin ortaq təhlükəsizlik təhdidləri ilə mübarizədə təcrübə mübadiləsinin artırılmasını müzakirə ediblər.

Həmçinin iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin regional təhlükəsizliyə və sabitliyə töhfə verəcəyi vurğulanıb.