Türkiyənin “Vətən” Partiyasının lideri Doğu Perinçek, ABŞ-ın Venesuelaya hücumundan sonra Türkiyə, Rusiya, İran və Çin arasında bir alyans qurulmasının vacibliyini irəli sürüb. Sherg.az xəbər verir ki,Perinçekin sözlərinə görə, bu alyans Vaşinqtonun ekspansionist siyasətini dayandıracaq və böyük müharibənin qarşısını alacaq.
Perinçek bildirib ki, Türkiyənin təhlükəsizliyinin əsas amilləri milli qüvvələr, silahlı qüvvələr və polisdir, eləcə də dövlət və xalqın sarsılmaz ittifaqıdır. O vurğulayıb ki, “daxili cəbhə həlledici rol oynayır”.
Vatan Partiyası sol-mərkəzli siyasi qurum olub, Mustafa Kamal Atatürkün ideyalarını əsas götürür, anti-Qərb və anti-ABŞ mövqeyinə malikdir. Partiya parlamentdə təmsil olunmasa da, xüsusilə bölgələrdə nüfuzlu qüvvə olaraq qalır və 50 mindən çox üzvü var.