TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
14:38 16.05.2024
Gündəm
462
Türkmənistanın paytaxtı Aşqabad şəhərində TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 10-cu iclası keçirilib.
Azərbaycanın Türkmənistandakı Səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirin məqsədi Türk dövlətlərinin mədəniyyət, sənədli irs, elm və təhsil sahələrində əməkdaşlığını gücləndirmək məqsədilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparmaq olub.
Tədbirdə TÜRKSOY, TÜRKPA, Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyasının, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Monqolustanın UNESCO üzrə milli komissiyalarının rəhbər və nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edərək müvafiq sahələr üzrə təqdimatlarla çıxış ediblər.
Tədbirdə TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə milli komissiyalarına sədrlik funksiyası Azərbaycandan Türkmənistana ötürülüb.
Qeyd olunub ki, TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası 2023-cü ildə Bakı və Şuşa şəhərlərində keçirilib. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi - xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev tədbirdə çıxış edərək sədrliyin Türkmənistana ötürülməsini ifadə edən simvolik hədiyyəni - Azərbaycanın Zəfər simvolu olan Xarıbülbül hədiyyəsini türkmənistanlı həmkarı Çinar Rüstəmovaya təqdim edib. Seymur Fətəliyev çıxışında Milli Komissiyalara sədrlik dövründə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərdən və görülən işlərdən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" sözlərini xatırladaraq Türk dövlətlərinin mədəni irs, təhsil, elm və digər aidiyyəti sahələr üzrə UNESCO çərçivəsində əməkdaşlıq üçün gözəl imkanlarının olduğunu vurğulayıb və birgə əməkdaşlıqla bağlı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təkliflərini səsləndirib.
Tədbirdə çıxış edən Türkmənistanın xarici işlər naziri, UNESCO üzrə Türkmənistan Milli Komissiyasının sədri Raşid Meredov ölkəsinin TÜRKSOY və UNESCO ilə əməkdaşlığının gücləndirilməsinə verdiyi əhəmiyyətdən, böyük türkmən şairi və filosofu Məxdimqulu Fraqinin 300 illik yubileyinin UNESCO çərçivəsində və milli səviyyədə qeyd olunması ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışıb.
Tədbir daha sonra mədəni irs, qeyri-maddi mədəni irs, təhsil və elm sahələri üzrə təşkil olunan sessiyalarla öz işini davam etdirib. Ölkəmizi təmsil edən ekspertlər tərəfindən müvafiq təqdimatlar edilib və əməkdaşlığın müxtəlif aspektləri üzrə müzakirələr aparılıb. Növbəti, 11-ci iclasın Qazaxıstanın Astana və Aktau şəhərlərində keçirilməsi təklif edilib. Sonda milli komissiyaların rəhbərləri Türk dünyasının mədəniyyət və incəsənətinə verdikləri töhfələrə görə TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən təşkilatın medal və plaketləri ilə təltif edilib.
Qeyd olunan iclasla yanaşı, tədbir iştirakçılarının 17-18 may tarixlərində Aşqabadda və Türk dünyasının 2024-cü il üzrə mədəniyyət paytaxtı elan edilmiş Anev şəhərində keçiriləcək görkəmli şair və filosof Məxdimqulu Fraqinin 300 illik yubileyinə həsr olunmuş Beynəlxalq Forum və digər mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat