İspaniya Avropa İttifaqından (Aİ) Avropa İttifaqından İsraillə tərəfdaşlıq sazişinin dayandırılması məsələsini müzakirəyə çıxarmağı tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə İspaniya xarici işlər naziri Xose Manuel Albares bildirib.
“İspaniya, Sloveniya və İrlandiya Avropa İttifaqından İsraillə tərəfdaşlıq sazişinin dayandırılması məsələsini müzakirəyə çıxarmağı tələb edib”, - ispan diplomat vurğulayıb.