Ukrayna hakimiyyəti Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Rusiya ilə danışıqlarda vasitəçiliyə namizədliyini dəstəkləmir.
Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“Dəstəkləmirik. Belə bir namizədliyi dəstəkləmirik”, - Sibiqa Brüsseldə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da Şröderin namizədliyini istisna edib.
Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən söyləmişdi ki, Avropa İttifaqı ilə Moskva arasında mümkün danışıqlar üçün Gerhard Şröderin namizədliyi daha münasib hesab olunur.