“Unudulmazlar” saytı və mobil tətbiqinin təqdimatı oldu - FOTO
“Unudulmazlar” saytı və mobil tətbiqinin təqdimatı oldu - FOTO
Yusif Nəzərli
11:19 31.10.2022
Gündəm
452
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan “Unudulmazlar” saytı və mobil tətbiqinin təqdimatı olub.
Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və başqaları iştirak ediblər.
V.Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında şəhid ailələri və müharibə veteranları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramı icra olunur.
Proqram çərçivəsində artıq 119 min şəxsə dəstəkyönümlü 243 min xidmət göstərilib. O cümlədən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev verilib.
Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 284 avtomobil, ümumilikdə ötən dövrdə 7500 avtomobil təqdim edilib. 7000-ə yaxın imtiyazlı şəxs isə həmin dövrdə sanator-kurort və müalicə mərkəzlərinə yollayışla təmin olunub.
Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız, mülki şəhidlərimiz, Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin cəmiyyətə daha yaxından tanıdılması da diqqətdə saxlanılır. “Unudulmazlar” saytı və mobil tətbiqi bu məqsədə xidmətə edir.
Saytda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə yazdığı tvitlər, şəhidlərimizin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat və döyüş yolunu özündə əks etdirən məlumatlar, foto və videolar, təltifləri və ailə üzvləri haqqında məlumatlar təqdim olunur. Həmçinin ad, soyad, ata adı və digər kriteriyalar üzrə axtarış imkanı yaradılıb.
Şəhidlər və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər haqqında dolğun informasiya resursu olan mobil tətbiqi hər kəs İOS və Android sistemlərindən yükləyə bilər.
Çıxış edənlər layihənin əhəmiyyətinə diqqət çəkiblər. Bildirilib ki, bu layihə qəhrəmanlarımızın həm ölkə daxilində, həm də xaricdə tanıdılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya