Vatikanın sülh cəhdləri göstərişdir
Yusif Nəzərli
02:53 06.06.2023
Gündəm
350
NATO Ukraynaya dəstəyi Rusiya məğlub olunana qədər davam edəcəyini bəyan edib
Vatikanın nümayəndə heyəti Ukraynada mümkün sülh planlarını dinləmək məqsədilə Ukraynaya yola düşüb. İtaliyalı kardinal Matteo Zuppi Papa Frensisin tapşırığı ilə Ukraynada müharibəyə son verilməsinə yardım etmək məqsədilə sülh missiyası ilə Kiyevə yola düşüb. Məlumata görə, Vatikan nümayəndə heyəti iki günlük səfər çərçivəsində hökumət rəsmiləri ilə görüşlər keçirəcək. Mümkün sülh yolları ilə bağlı Kiyev rəsmilərini dinləyəcək. Həmçinin gərginliyin azaldılmasına yardım edən humanitar jestləri dəstəkləyəcək.
Vatikanın sülh təşəbbüsünü "Şərq"ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Rusiya-Ukrayna müharibəsi uzandıqca münaqişədə tərəflərin prinsipiallığı daha da artır. Ekspertin sözlərinə görə, müharibənin gedişatında ciddi dönüş yaranmazsa, tərəflər yorularaq münaqişənin dondurulmasına çalışa bilərlər: "Xüsusən, Rusiya 2014-cü il ssenarisi ilə müharibə müddətində ələ keçirdiyi digər ərazilərdə qalmaq istəyəcək. Müharibənin gedişatı göstərdi ki, Rusiya Ukraynanın tamamını işğal edə bilməyəcək. Hərçənd niyyəti “xüsusi əməliyyat" adlandırdığı hərbi müdaxilə ilə Kiyevi tutaraq hakimiyyəti dəyişmək idi. Vatikan nümayəndə heyətinin sülh təşəbbüsünün nəticəsiz qalacağına əminəm. Artıq demokratik dünya çox gözəl anlayır ki, Rusiya ilə hər hansı anlaşma su üzərində yazılmış yazıdır. Vatikanın sülh cəhdləri göstərişdir. NATO Ukraynaya silah dəstəyini durmadan artırır. Kiyev Qərbdən uzaqmənzilli raketlər almaq üzrədir. Hazırda 500 km-ə qədər hədəfi vuran raketlər Ukrayna ordusunun arsenalında mövcuddur. Son həftələrdə döyüşlərin Rusiya ərazisinə keçdiyini görürük. Bu yaxınlarda Moskvaya dronlarla zərbələr vurulduğunun da şahidi olduq".
Analitik bildirib ki, NATO Ukraynaya dəstəyi Rusiya məğlub olunana qədər davam edəcəyini bəyan edib: "Əvvəllər Prezident V.Zelenski Rusiya qoşunlarının 2014-cü il vəziyyətinə geri qayıdacağı təqdirdə danışıqlara getməyə hazır olduğunu bildirirdi. İndiki şəraitdə tələblər daha da sərtləşdirilib. Krım daxil olmaqla 1991-ci il sərhədlərinə qayıdışı tələb olunur. Aktiv hərbi toqquşmaların uzanacağı real deyil. İndiki savaşlar 50-70 il öncəki müharibələrə bənzəmir. Texnologiya sürətlə inkşaf edir, güclü maliyyə tələb edən müasir silahlar istehsal edilir. İnanmıram ki, Rusiya bu yarışa davam gətirsin. V.Putin bu il müharibəni dayandıraraq ən azı 2014-cü il vəziyyətinə çəkilməsə, bu dəfə Moskvaya daha ağır raket zərbələri endiriləcək. Krıma hücum olarsa, atom silahından istifadə edəcəyi ilə dünyanı hədələyən Putin Moskvaya endirilən dron zərbələrini seyr etməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq