ABŞ vitse-prezidenti Cey Di Vens İslamabadda keçirilən ABŞ–İran danışıqlarının təşkilində əsas rol oynayıb.
Sherg.az xəbər verir ki, danışıqlar Pakistanın vasitəçiliyi ilə aparılır və həm birbaşa, həm də dolayı formatda keçiriləcək.
Vens ABŞ nümayəndə heyətinə rəhbərlik edir. Mənbələrə görə, atəşkəsin davamlı olması üçün danışıqlar bir neçə gün çəkə bilər, lakin İran tərəfi onların birgünlük olacağını bildirir. ABŞ tərəfi isə müsbət nəticəyə ümid etdiyini açıqlayıb.