
Vəsiyyət yerinə yetirilib
Yusif Nəzərli
15:39 02.10.2021
Gündəm
424
Səyyad Əlizadə Füzulidə dəfn olunub
Koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadə Füzuli rayonunda dəfn olunub. Mərhumun vəsiyyəti yerinə yetirilib və ata-anasının qəbrinin yanında torpağa tapşırılıb.
Lakin sənətçinin dəfn mərasiminə həmkarlarının gəlmədiyi, müğənnilərdən yalnız Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi söylənilib.

Y.Mustafayev “Şərq”ə açıqlamasında sözügedən xəbərləri yalanlayıb:
“Bütün müğənnilər, sənət dostları xəstəxanada idi. Kimsə məni tək görüb, fotomu çəkib, yazıb ki, yalnız Y.Mustafayev gəlib. Özü də mənim adımdan belə yazıblar. Amma bir daha söyləyirəm ki, hər kəs axşamdan xəstəxanaya gəldi. Məsələn, Nadir Bayramlı, Əlikram Bayramov, Əflatun Qubadov, Eldəniz Məmmədov orada idi. Səhər tezdən cənazəni Füzuliyə yola saldılar. Nazənin xanım Salayeva mənimlə əlaqə saxlayırdı, tez-tez zəng edirdi. Bir neçə gün sonra hamımız birgə Füzuliyə, S.Əlizadəni ziyarət etməyə yollanacağıq. Manaf Ağayev Rusiyadadır, videozəng vasitəsilə Səyyadın qardaş-bacısına, ailəsinə başsağlığı verdi. Bir sözlə, hamımız iştirak etdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya