Vikipediyada Yaqub Mahmudovun yetirmələrinin siyahısı yayımlanıb

Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudovun Vikipediya səhifəsində mühüm dəyişiklik edilib.

"Sherg.az" xəbər verir ki, bu barədə tarixçi Nazim Xəlilov məlumat verib.

Nazim Xəlilov deyib ki, Yaqub Mahmudovun Vikipediya səhifəsində "Tanınmış yetirmələri" bölməsinin adı dəyişdirilərək "Yetirmələri" adlandırılıb. Bu bölməyə akademikin yetirmələrinin tam siyahısı daxil edilib. Siyahıda onun yetirmələrinin adları, dissertasiya mövzuları və müdafiə tarixləri qeyd olunub. 1991-2022-ci illəri əhatə edən siyahı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının saytı, Azərbaycan Milli Kitabxanasının elektron kataloqu və "Yaqub Mahmudovun tarixçilər məktəbi" kitabı əsasında hazırlanıb.

Səhifənin linki: https://az.wikipedia.org/wiki/Yaqub_Mahmudov

Turan