Vüqar Bayramov: “Vəsaitlərin böyük qismini dövlət qurumları xərcləyir”
07:47 13.10.2023
Gündəm
719
“Mühasibat uçotu aparan şirkətlər elektron mühasibatlığa hazır olmadan biz yeni qanun gətiririk”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Millət vəkilinin fikrincə, burada bir neçə məqama diqqət olunmalıdır:
“İri sahibkarlıq subyektləri mühasibatlığı elektron aparacaq. Lakin bəlli deyil, burada elektron mühasibatlıq hansı anlama gəlir. Bu elektron mühasibatlığı subyektlər inteqrə olunmuş elektron formada, yoxsa kağız üzərində gördükləri prosesləri sadəcə öz kompüterlərində görəcəklər? Bu, aydın deyil”.
V.Bayramov qeyd edib ki, vəsaitlərin böyük qismi dövlət qurumları tərəfindən xərclənir:
“Nəticədə biz iri sahibkarlara mühasibatlığın elektron aparılmasını məcburi edirik, amma dövlət qurumlarını etmirik. Halbuki dövlət qurumlarının xərcləri daha çoxdur. Biz bu məsələdə dövlət qurumlarına güzəşt təklif edirik, onların kağızla işləməyini qanunda saxlayırıq. Etiraf edək ki, Azərbaycanda iri sahibkarlıq subyektlərinin maliyyəsi dövlət qurumları ilə müqayisədə elə də böyük deyil. Əgər dövlət qurumları buna hazır deyilsə, niyə iri sahibkarlığın hazır olduğunu düşünməliyik? Bu, nə qədər doğrudur?”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə