“Xamenei öldü, yoxsa gizlənir? - Dünyanı şoka salan iddialar yayılır

Reuters agentliyinə danışan israilli yüksək vəzifəli bir şəxs İranın ali dini rəhbəri Əli Xameneinin həyata keçirilən hücum nəticəsində öldüyünü iddia edib və cəsədinə ulaşdıqlarını bildirib.

Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "NBC News"a açıqlamasında Xameneinin ölüm xəbərlərinin doğru olduğuna inandıqlarını deyib. İsrailin ABŞ-dakı səfirinin də Vaşinqtondakı rəsmilərə bu barədə məlumat verdiyi irəli sürülüb.

Bununla yanaşı, İranın Ali Rəhbərlik Ofisi məlumatları təkzib edərək bunun “psixoloji müharibə” olduğunu açıqlayıb. İran dövlət mediasına danışan mənbə isə Xameneinin vəziyyətə nəzarət etdiyini bildirib.

İsrailin Baş naziri Binyamin Netanyahu isə Xameneinin iqamətgahının vurulduğunu və onun həyatını itirdiyinə dair “bir çox əlamətlərin” olduğunu deyib. İranın xarici işlər naziri Abbas Əraqçi isə Xameneinin sağ olduğunu açıqlayıb.

Hazırda məlumatlar qarşılıqlı iddialar səviyyəsindədir və rəsmi təsdiq yoxdur.