XARİCİ KİV - Koronavirusdan qorunmağın YOLLARI... – VACİB TÖVSİYƏLƏR
Turan
09:07 19.03.2020
Gündəm
987
Koronavirus təhlükəsinə görə, küçələrdə, ictimai nəqliyyatda və iaşə obyektlərində çox ciddi tədbirlər alınmaqdadır. Təbii ki, alınan tədbirlər sadəcə küçələrlə yekunlaşmamalıdır. Əksər insanın zamanını daha çox evdə keçirdiyini, işə getmədən ev şəraitində çalışdığını nəzərə alsaq, mənzillərimizin və ev əşyalarının da ciddi dezinfeksiya olunmasına zərurət yaranır. Bəs yaşadığımız mənzillərimizi koronavirusdan təmizləmək üçün nələr etməliyik?
“Sherg.az” Türkiyənin “Milliyet.com” saytına istinadən Dr. Buğra Buyrukçunun “evlərin dezinfeksiya edilməsi ilə bağlı tövsiyyələrini” oxucularla paylaşır.
1. İctimai nəqliyyatdan istifadə edən və xeyli insanla təmasda olan şəxslər çöldən evə qayıdarkən ayaqqabılarını soyunduqdan dərhal sonra paltarlarını dəyişməlidir. Yaxşı olar ki, eyni paltar davamlı 2-3 dəfə yox, sadəcə bir dəfə istifadə edilsin. Təhlükəli məqamlarda paltarların hər gün yuyulması vacibdir. Əgər istifadə etdiyimiz geyimlər pampıqdırsa, o halda daha qaynar suda, 90 dərəcədə yumaq şərtdir. Paltarları yumazdan öncə bir müddət “çamaşır suyu”nda saxlamaq daha məqbuldur. Çünki bu cür kimyəvi mayelər virus və mikrobların məhv edilməsində, geyimlərin dezinfeksiyasında mühüm rol oynayır.
2. Çöldə istifadə etdiyimiz tibbi maska və əlcəklər evə daxil olarkən mütləq zibilliyə atılmallıdır.
3. Yuyulmuş paltarları yüksək buxarla ütüləmək lazımdır. Çünki buxarlı ütü mikrobların zərərsizləşdirilməsində çox təsirlidir. Geyimləri ütülədikdən sonra qatlayıb yerinə qoymaq olmaz. Ütülənmiş geyimlər ən azı 10 dəqiqə açıq havada saxlanmalıdır ki, buxarın məhv etdiyi viruslar geyimdən təmizlənsin.
4. Mühüm tədbirlərdən biri də otağın tez-tez havalandırılmasıdır. Bununla yanaşı ciddi vasitələrdən biri də Lavanda bitkisinin yağından hazırlanmış mayeni xüsusi qablara tökərək bütün evi təbii dezinfesksiya etməkdir. Asanlıqla əldə olunan Lavanda yağı virusların məhv edilməsində əvəzsizdir. Əlavə olaraq hər gün evin təmizlənməsi, süpürülüb, silinməsi də zəruridir. Çünki viruslar daha çox çirkli və tozlu mühitdə qalır və çoxalır. Ev əşyalarının, divan, kreslo və stulların təmizliyi zamanı spirt və odikolondan (kolonya –red) istifadə edilməsi məsləhətdir.
5. Yataq örtüklərinin və yastıq üzlərinin də tez-tez dəyişdirilməsi vacibdir. Çünki gecə tərlədiyimiz zaman tərli yastıq, yorğan və döşəklərə virus daha tez bulaşır.
6. Önəmli tədbirlərdən bir digəri isə gündəlik istifadə etdiyimiz məhraba və əl-üz dəsmallarının mütəmadi dəyişdirilməsidir. Mümkünsə, evdə yaşıyan hər kəsin öz dəsmalı olmalıdır. Əgər dəsmalı gündəlik dəyişmək imkanı yoxdursa, o halda 3 gündən bir məhrabalar yenilənməlidir. Dəsmalların yuyulması isə suda qaynatma yolu ilə olmalıdır.
7. Meyvə və tərəvəzlər ilıq suda dəqiqələrlə yuyulduqdan sonra istifadə edilməlidir. Əks halda çirkli meyvə-tərəvəz bizi asanlıqla virusa yoluxdura bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region