XƏBƏRDARLIQ: Ən azı beş günlük ərzaq ehtiyatı toplayın!

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ tərəfindən mümkün hərbi hücuma hazır olmağın vacibliyini bildirib. O qeyd edib ki, hərbi gücdən istifadə ehtimalı az olsa da, tam istisna edilmir.

Sherg.az xəbər verir ki, keçmiş baş nazir Mute Egedə isə əhalini ən azı beş günlük ərzaq ehtiyatı toplamağa çağırıb. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ilə bağlı israrlı bəyanatları adada və Avropada ciddi narahatlıq yaradıb.