Xəzər fəlakət qarşısında: Bu çayın dənizə tökülməsinin qarşısı alınacaq - FOTO
11:11 15.02.2020
Gündəm
1121
“Tədqiqatlar göstərir ki, Xəzər dənizinə Səfidrud çayı vasitəsilə 30 milyon ton çöküntü daxil olur, yəni Xəzərin çöküntü mənbəyinin 40 faizdən çoxu çay vasitəsilə verilir. Belə gedərsə, yaxın beş il ərzində Səfidrud çayının deltası bağlana bilər, bu isə fəlakət deməkdir”. Bunu İRNA-ya açıqlamasında İranın Xəzər dənizinin sahilyanı ərazilərin ətraf mühitinə təsiri üzrə beynəlxalq layihənin icraçısı Humayun Xoşrəvan deyib.
O bildirib ki, Səfidrud İranın ikinci ən böyük çayıdır və qədim adı Amard olub.
Səfidrud çayına axın boyu Abrud, Siah Rudbar, Tayson və Şelli çayları qoşulur ki, yekunda hamısı Xəzər dənizinə tökülür.
Bu vəziyyətdə çayla Xəzər dənizi arasındakı su mübadiləsi pozulacaq, nəticədə, çay yatağı boyunca şişəcək və böyük bir daşqın yaradacaq, şərqdən Kiaşar şəhərini, qərbdə isə Zibakənarın gözəl mənzərəli ərazilərini basacaq. Sel kənd təsərrüfatı torpaqlarına və yaşayış məskənlərinə böyük ziyan vuracaq”, - deyə Humayun Xoşrəvan bildirib.
“Bu ərazilərdə istifadə olunan torpaqların çoxu kənd təsərrüfatı üçün münbit torpaqlardır və əkin sahələridir. Yəni çay daşsa və qonşu əraziləri su bassa, ölkənin əhəmiyyətli hissəsinə ciddi ziyan vura bilər. Çünki qida təhlükəsizliyimizdə böyük rol oynayır. Buna görə bu mövzuda ən qısa müddətdə hərəkət etməliyik və Səfidrud çayı deltasındakı çökmə problemini aradan qaldırmalıyıq”, - o əlavə edib.
Qeyd edək ki, bu çay başlanğıcını Bicarın Qırxbulaq adlı dağlarından götürür. Məncilə qədər çay Qızılözən, Məncildən Xəzərə qədər isə farsca Səfidrud adlanır.
Aşağı hissəsində çay sıldırımlı dar dağ qobularından keçdiyinə görə sürətlə axır. Məncildən sonra Qızılözən dağ silsiləsini çərtərək və dənizqırağı düzənliyə çıxaraq, suvarma kanalların başlanğıc götürdüyü və çoxsaylı qolları olan mənsəb yaradır.
Uzunluğuna görə İranın ikinci çayı olan Səfidrud, əsasən, Cənubi Azərbaycan ərazisindən axır. Çayın ən böyük qolu Gilan ostanının mərkəzi şəhəri olan Rəşt şəhərindən keçərək, dənizə tökülür. Çay lil kütləsi gətirdiyinə görə mənsəbi getdikcə dənizə tərəf genişlənir. Mənsəbin sahəsi 3600 kv.km, eni 110 km-dir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya