XİN başçısı Avropa Şurasının Baş katibini antiterror tədbirlərinin məqsədi barədə məlumatlandırıb
19:09 19.09.2023
Gündəm
379
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüş keçirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
XİN başçısı Azərbaycanla AŞ arasında əməkdaşlığın önəmini qeyd edib. Tərəflər hər iki tərəf üçün prioritet istiqamətlərdə müxtəlif proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Azərbaycan ilə AŞ arasında mövcud Fəaliyyət Planı çərçivəsində texniki yardımların həyata keçirilməsinin vacib olduğu bildirilib.
Nazir Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı məlumat verib.
Bölgədə hal-hazırda həyata keçirilən antiterror tədbirinin əsas məqsədinin qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Azərbaycanın mülki əhalini və obyektləri hədəf almadığı, yalnız qeyri-qanuni erməni silahlı birləşmələrini hədəf aldığı vurğulanıb.
Bununla yanaşı, Laçın yolu ətrafında səslənən iddiaların siyasi manipulyasiya olduğu qeyd edilib. Mövcud vəziyyətlə bağlı beynəlxalq təşkilatların və tərəfdaşların Azərbaycan tərəfindən məlumatlandırılmasına baxmayaraq, reallığı əks etdirməyən birtərəfli, qərəzli yanaşmanın nümayiş etdirilməsinin təəssüf doğurduğu müqabil tərəfin diqqətinə çatdırılıb.
Görüşdə, həmçinin gündəlikdə duran aktual məsələlər və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual