"3+3" formatı (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) aktual və əhəmiyyətlidir və iştirakçı ölkələr qarşılıqlı maraq doğuran bütün məsələlər kompleksini müzakirə etməlidirlər.
Teleqraf xəbər verir ki, bunu Moskvaya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.
"Cənab Prezident bu təşəbbüsü ilk dəfə hələ 2021-ci ildə irəli sürmüşdü. Qeyd etmək vacibdir ki, həmin vaxt Cənubi Qafqazdakı vəziyyət fərqli idi, regionda başqa dinamika mövcud idi. Bu gün isə vəziyyət köklü şəkildə dəyişib. İndiyədək platforma çərçivəsində üç iclas keçirilib - Moskvada, Tehranda və sonuncusu 2024-cü ildə İstanbulda. Üçüncü iclasın yekunlarına əsasən Azərbaycan tərəfi növbəti görüşün ölkəmizdə keçirilməsini təklif edib.
Hesab edirik ki, bu format əsasında iştirakçı ölkələr qarşılıqlı maraq doğuran bütün məsələlər kompleksini müzakirə etməlidirlər. Konsensus əsasında formalaşmış mövqeyi nəzərə alaraq, Azərbaycanın bu platformaya ölkəmizdə ev sahibliyi etməsi ilə bağlı təklifi qüvvədə qalır", - deyə nazir qeyd edib.