
Xocalıda yarımçıq qalan “Son zəng” çalındı
18:10 14.06.2024
Gündəm
585
1992-ci ildə məzun ola bilməyən şagirdlər nəhayət 32 il sonra, 2024 cü il iyunun 14-də arzularına qovuşub.
"Sherg.az" xəbər verir ki, 32 ildən sonra ilk dəfə Xocalıda məzunlar üçün “Son zəng” çalınıb.
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, hazırda doğma Xocalıda yaşayan Ceyran Əzizova bildirdi ki, 1992-ci ildə məzun olmaq arzuları yüzlərlə Xocalı sakini kimi erməni separatçılarının açdığı atəşlə yarımçıq qalanlar bu gün “Son zəng” sevincini yaşayıb.

Allah bu həyatda gec də olsa onları arzularına qovuşdurub. Xocalı şəhər 2 nömrəli tam orta məktəbini 1992-ci ildə bitirməli olan şagirdlər yarımçıq qalan “Son zəng” tədbirini 32 il sonra doğma yurdlarında qeyd ediblər. 1992-ci ilin mayın 25-də keçirilməli olan “Son zəng”ə hazırlaşan şagirdlərin arzuları fevralın 26-da Xocalının işğalı ilə yarımçıq qalmışdı. Həmin şagirdlər gecikən “Son zəng”lərini qeyd etmək üçün Xocalı şəhərinə toplaşıblar. Əvvəlcə Xocalıdakı Şəhidlər xiyabanı ziyarət olunub.
Sonra Xocalı faciəsi zamanı qətlə yetirilən 63 uşağın xatirəsinə Qarqar çayına qərənfil çiçəkləri buraxılıb. Xocalı şəhərində keçirilən mərasimdə 32 il əvvəlki ağrılı-acılı günlər yad edilib. Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə və Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən şükranlıqla bəhs ediblər.
Sonda “Son zəng”in simvolu olan qırmızı lentli zınqırovlu zənglər çalınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya