Xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyi açıqlandı - SİYAHI
05:55 30.03.2020
Gündəm
593
Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA -nın sorğusuna cavabında bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.
E.Zahidov qeyd edib ki, vətəndaşları ən çox maraqlandıran - bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır: “Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, Zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur”.
DİN rəsmisi vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar yalandır: “Şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla belə tövsiyə olunur ki, ciddi zərurət olmadan lüzumsuz yerə nəqliyyatdan istifadə olunmasın. Avtomobil sahibləri və sürücülər yol hərəkəti və rejim qaydalarına ciddi riayət eləsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət