Yaxın Şərqdə aviaşirkətlər iflas həddinə çatıb
11:26 21.03.2020
Gündəm
615
Yaxın Şərq və Afrika ölkələrinin aviaşirkətləri koronavirus pandemiyası ilə əlaqədar iflas həddinə çatıb. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) hökumətlərə müraciət edərək mülki aviasiya sektoruna təcili yardım etməyə çağırıb.
IATA-nın baş direktoru Aleksandr de Juniak bildirib ki, hazırda Afrika və Yaxın Şərq ölkələrindəki aviaşirkətlərin uçuşları 60 faiz azalıb. Assosiasiya rəhbəri hesab edir ki, onların tamamilə iflas olmaması üçün 200 milyard dollar təcili yardım tələb olunur.
Assosiasiyanın Yaxın Şərq üzrə təmsilçisi Məhəmməd Əl Bəkri bəyan edib ki, aviaşirkətlər ölkələrin ÜDM-nin artmasına da öz töhfəsini verirdi. Belə ki, Yaxın Şərqdə bu rəqəm 130 milyard dollar olub. Eyni zamanda, regionda mülki aviasiya sektoru 2,4 milyon insanı işlə təmin edib. Afrikada isə aviaşirkətlər 6,2 milyon iş yeri açıb və indi onlar bağlanma təhlükəsi ilə üzləşə bilər.
Qeyd olunub ki, cari ilin fevralından etibarən Afrikada aviaşirkətlər 4.4 milyard dollar zərərə uğrayıb. Yaxın Şərq ölkələrində isə bu müddətdə 16 min aviareys ləğv edilib, aviaşirkətlər 7,2 milyard dollar itiriblər. Ölkələrin bir çoxunda daxili uçuşlar da qadağan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət