YENİ Partiyaya eyham: "Korrupsiyaya bulaşmaq istəyən dərhal partiyanı tərk etsin"

CHP sədri Kamal Kılıçdaroğlu YENİ Partiyanın yaradılmasından sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edərək korrupsiyaya qarşı sərt mesajlar verib.

Sherg.az xəbər verir ki, İstanbulda partiya üzvləri ilə görüşdə çıxış edən Kılıçdaroğlu bildirib ki, CHP-də korrupsiyaya yol verənlərə yer yoxdur.

"Əgər korrupsiyaya bulaşmaq, qanunsuz varlanmaq istəyirsənsə, dərhal partiyanı tərk etməlisən", - deyə o vurğulayıb.

Kılıçdaroğlu siyasətçinin şəffaf və əxlaqlı olmasının vacibliyini qeyd edib, CHP-nin "təmizlənməli bir partiya" olduğunu, bu prosesin isə böyük ölçüdə başa çatdığını söyləyib.

CHP sədri, həmçinin, iyulun 26-da partiyadakı son siyasi prosesləri müzakirə etmək üçün bütün millət vəkillərinin iştirakı ilə toplantı keçiriləcəyini açıqlayıb.