Zakir Həsənov Türkiyənin texnologiya naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.