Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ni rus diplomatlarının uşaqlarına məcburi şəkildə vətəndaşlıq tətbiq etməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, Zaxarova bu barədə “Vedomosti” qəzetində dərc olunan məqaləsində yazıb. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti Amerika yurisdiksiyasında doğulan rus diplomatlarının uşaqlarına “torpaq hüququ” prinsipi əsasında vətəndaşlıq tətbiq edir.
Diplomat qeyd edib ki, bu praktika 2023-cü ildən etibarən tətbiq olunur və rus diplomatik personalına qarşı diskriminasiya xarakteri daşıyır.
Zaxarova əlavə edib ki, bu addım konsul toxunulmazlığının məhdud şərhi ilə əsaslandırılır və vəziyyəti “öz toruna düşən Hörümçək adam haqqında komiksə” bənzədib.