Zaxarova erməni jurnalisti susdurdu

Rusiya Bakı ilə konstruktiv dialoq aparır və problemli məsələləri birbaşa müzakirə edir. Bizə vasitəçi lazım deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova erməni jurnalistinin Rusiya-Ukrayna müharibəsi ərzində Bakının dəfələrlə Kiyevə iqtisadi, siyasi və informasiya dəstəyi göstərməsi, eləcə də Ukrayna ordusunda Azərbaycan silahlarının olması iddiası ilə bağlı sualını cavablandırarkən deyib.