Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iş otağında kondisionerlərin işləməsinə istehzalı münasibət bildirib.
Sherg.az xəbər verir ki, o, bu barədə Sputnik radiosuna açıqlamasında danışıb.
Zaxarova bildirib ki, Avropa İttifaqı rəhbərliyi özünü "müstəsna" hesab edir və fon der Lyayenin kondisionerini "süzeren üçün yelpik" adlandırıb. Onun sözlərinə görə, Avropanı bürüyən isti hava şəraitinə baxmayaraq, kondisionerlər yalnız Avropa Komissiyası sədrinin və komissarların yerləşdiyi mərtəbələrdə işləyir.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara əsasən, Brüsseldə yerləşən Avropa Komissiyasının mənzil-qərargahında isti hava səbəbindən birinci mərtəbədən yeddinci mərtəbəyədək kondisionerlər söndürülüb, yalnız Ursula fon der Lyayenin və avrokomissarların işlədiyi mərtəbələrdə soyutma sistemi fəaliyyətini davam etdirib.:::