Zaxarova: Lavrov-Blinken görüşü ABŞ-ın mövqeyinə görə baş tutmayıb

Hindistanda keçirilən G20 XİN başçılarının görüşü çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında söhbət ABŞ-ın mövqeyinə görə baş tuta bilməyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Buna (Lavrov-Blinken görüşünün baş tutmamasına-red) bəyəm hansı şübhə vardı? Fikrimcə, ABŞ-ın mövqeyi açıq və çoxdan təyin olunub. Onlar prinsipial olaraq dünyada bütün münaqişələrin gərginləşməsinin tərəfdarıdırlar, diplomatiyanı isə təəssüf ki, onlar, görünür, arxa plana keçiriblər”, - deyə Zaxarova vurğulayıb

Qeyd edək ki, martın 1-2-də Hindistanda G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.