ZƏFƏR GÜNÜ! - Ali Baş Komandanın qətiyyətli, müzəffər Ordumuzun rəşadəti... - Unudulmaz tarix!
Yusif Nəzərli
08:56 08.11.2022
Gündəm
483
2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycanın Müzəffər Ordusunun rəşadəti nəticəsində qələbəmizlə başa çatıb. Mənfur düşmənin tapdağı altında olan torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamına əsasən, qalibiyyətin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i ölkəmizdə "Zəfər Günü" kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Qalib Azərbaycan barədə "Sherg.az"a danışan Azərbaycan Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib ki, 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında Prezident İlham Əliyevin müstəsna rolu var:
"Dövlət başçımız hərbi əməliyyatlara birbaşa rəhbərlik edib. Bütün proseslər onun nəzarəti və tapşırığı əsasında həyata keçirilib. Bu, həmin dövr üçün son dərəcə mühüm əhəmiyyətə malik məsələ idi. İ.Əliyev həmçinin informasiya savaşında da həlledici rol oynayıb. 44 gün ərzində 30-a yaxın ən nüfuzlu kütləvi informasiya vasitələrinə son dərəcə sanballı müsahibələr verdi. Elə müsahibələr ki, onların qarşısında nə jurnalistin, nə də digər bir şəxsin nəsə demək imkanı var idi. Ölkə liderinin söylədikləri hamıda Azərbaycanın bu münaqişədə haqlı tərəf olduğuna əminlik yaradırdı. Eyni zamanda İlham Əliyev Nikol Paşinyanı debatlarda çətin duruma salıb. Bu, xüsusilə, Rusiya telekanallarında əhəmiyyət kəsb edən məsələ idi. Bütün dünya İ.Əliyevlə N.Paşinyanın arasında nə qədər böyük fərq olduğunu görüb. Müharibədən sonrakı dövrdə aparılan sülh danışıqlarında da dövlət rəhbərimizin tutduğu mövqe, onun çevikliyi, problemi dərindən analiz etməsi, diplomatik ustalığı Azərbaycana kifayət qədər üstünlüklər verib. Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinin mövqelərinin dəyişməsində vacib rol oynayıb. Təbii ki, bu mübarizə hələ də davam edir. Azərbaycanı çox ağır diplomatik mübarizə gözləyir. Rusiyanın son dövrlər kəskin dönüş edərək, Ermənistanın tərəfində durmağa cəhd göstərməsi ölkəmizə müəyyən əlavə problemlər yaradıb. Amma sevindirici tərəf ondan ibarətdir ki, açıq ermənipərəst siyasət nümayiş etdirən Qərb artıq öz mövqelərindən müəyyən qədər boyun qaçırıb. Onları tamamilə bizim tərəfdən çıxış etməyə çağırmaq təbii ki, çətin olacaq. Amma mübarizə bitməyib. Ölkə prezidentimizin Soçidə göstərdiyi qətiyyət, Putinin gözlərinin içinə baxaraq, Qarabağ məsələsinin bitdiyini, müzakirə ediləcək movzunun olmadığını deməsi və rusiyalı həmkarının susması Azərbaycan üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Hamımız davam edən mübarizədə əlimizdən gələni etməliyik. Dövlət başçımızın yanında olmalıyıq. Şübhəsiz ki, bu işdə siyasi partiyaların üzərinə də çox ciddi məsuliyyət düşür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət