Zəfər Günü ilə bağlı NAYORA tərəfindən silsilə tədbirlər keçirilib - FOTO
Yusif Nəzərli
09:15 08.11.2022
Gündəm
364
Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü ilə bağlı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilib.
Tədbirlərin həyata keçirilməsində əsas məqsəd tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq, Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin reallıqlarını, böyük qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amilini, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəyini gənclər təşkilatları vasitəsilə daha çox gəncə çatdırmaqdan ibarət olub.
Qeyd edək ki, iki mərhələdən ibarət olan tədbirlərin ilk mərhələsində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin Milli Məclisinin deputatları Naqif Həmzəyev və Ramil Həsən ilə görüşləri baş tutub. Əsasən, post müharibə dövründə gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq əlaqələrin və təmsilçiliyin əhəmiyyəti, həmçinin həqiqətlərin ictimaiyyətin diqqətinə çatdırılmasında gənclərin rolu kimi mühüm mövzular ətrafında müzakirələr keçirilib, görüş iştirakçılarının ünvanladıqları təkliflər dinlənilib və suallar cavablandırılıb.
İkinci mərhələ tədbirlər isə gənclər təşkilatlarının rəhbərləri Ülviyyə Axundova, Fəxrəddin Həsənzadə, Rüfət Əsədzadə, Pərviz Mirələmli, Yusif Vəliyev, Ramin Həbibzadə, Azər Əliyev, Emiliya Bayramova və Şahin Rəhmanlının spikerliyi ilə müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində panel müzakirələr formasında keçirilib. Ümumi görüşlərdə 500-ə yaxın gənc, 40-dan çox gənclər təşkilatının nümayəndəsi iştirak edib.
Canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlər interaktiv müzakirələrlə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət