Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik sektorundakı dəstəyinə və əməkdaşlığına görə Azərbaycana təşəkkür edib.
Axar.az xəbər verir ki, Zelenski bu barədə Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, NATO ölkələri, AB və Fars körfəzi ölkələri müdafiə sektorunda Ukrayna üçün güclü tərəfdaşlardır.