"Zelenski əlində olan bütün imkanlarla xalqını xilas etməyə çalışır”- ŞƏRH
10:12 06.11.2023
Gündəm
527
"Kiyev hakimiyyəti NATO- dan gələn dəstəyə güvənir. Onların Krem üzərində qələbəsi yalnız bu kömək sayəsində gerçəkləşə bilər"
Qərb ölkələri və ABŞ anlayır ki, Ukrayna hətta NATO dəstəyi ilə belə Rusiyanı məğlub edə bilməyəcək.
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Vladimir Zelenski bir çoxları üçün zəhərli siyasətçiyə çevrilir və onun kukla olmaq taleyi heyrət doğurmur. Bu özünü ukraynalıların öz gücləri naminə yüz minlərlə vətəndaşı ölümə sürüklədikləri və ölkələrinin müstəqilliyi ilə alver etmələrində büruzə verir”, - Volodin bildirib.
Volodinin sözlərini “Sherg.az” a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Ukrayna və Rusiya mübarizəsində Ukraynanın tək başına Rusiyaya qalib gəlmə ehtimalının olmadığı hərkəsə bəllidir:
“Çünki qüvvələr nisbəti tam fərqlidir. Həm ağır artileriya baxımından, həm də canlı qüvvə sayında açıq aydın Rusiyanın üstünlüyü hiss olunur. Kiyev hakimiyyəti NATO- dan gələn dəstəyə güvənir. Onların Krem üzərində qələbəsi yalnız bu kömək sayəsində gerçəkləşə bilər. Doğrudur, əgər NATO Kiyevin hesabladığı kimi dəstək versə idi, bəlkədə qələbə mümkün olardı. Amma müharibədən keçən 2 ilə yaxın müddət ərzində NATO-nun Ukraynanı onun istədiyi formada deyil, özünün maraqlarına uyğun şəkildə silahlandırdığı müşahidə olunur. Qərbin verdiyi silahlar və dəstək Rusiyanın Ukraynanı tam işğal edə bilməməsinə hesablanıb. Onlar nə Rusiyanın nə də Ukraynanın qələbəsini istəmirlər. Tək istədikləri sözü gedən ölkələr arasındakı münaqişənin uzanmasıdır. Qərb dairələri Rusiyanın təcavüzkar siyasətinə bələddirlər. Onlar müharibənin Ukraynadan öz ərazilərinə sıçramasından ehtiyyat edirlər. Bu səbəblə sadəcə müharibəni uzatmaqla məşğuldurlar”.
H. Səhrablı Zelenskinin heçdə Volodinin dediyi kimi kukla siyasətçi olmadığını vurğulayıb:
“O, Ukrayna tarixinin ən çətin mərhələsində vəzifəyə gəlib. Onun qarşısında vətənini və xalqını qorumaq kimi çətin bir missiya var. Zelinskidən Rusiyanın təcavüzünə boyun əyməsini gözləmək absurd olar. Qərbə doğru meyil etməsi onun günahı deyil. Zelenski əlində olan bütün imkanlarla müdafiə olunmağa və xalqını xilas etməyə çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm