Zelenski hərbi rəhbərliklə “Taxıl sazişi" və limanların təhlükəsizliyini müzakirə edib
Zelenski hərbi rəhbərliklə “Taxıl sazişi" və limanların təhlükəsizliyini müzakirə edib
Yusif Nəzərli
11:44 18.07.2023
Gündəm
350
Ukrayna Ali Baş Komandanın Qərargahının iclasında “Taxıl sazişi” və dəniz limanlarının təhlükəsizliyi məsələləri müzakirə olunub.
“Report” xəbər verir ki, toplantıya Ukrayna Prezidenti Volodimir Zelenski sədrlik edib.
“Qərargahın iclasında bir nömrəli məsələ dənizlə taxıl ixracı və limanların təhlükəsizliyi olub. Baş nazirin müavini, Hərbi Dəniz Qüvvələrinin komandiri, təchizatların maddi-texniki təminatı və sahilyanı bölgənin mühafizəsi haqqında məlumat verdilər”, - Ukrayna dövlət başçısı bildirib.
Onun sözlərinə görə, iclasda daxili işlər naziri İqor Klimenko və Dövlət Xüsusi Rabitə Xidmətinin rəisi Yuri Şçiqolunun Rusiyanın pilotsuz uçuş aparatlarına qarşı mübarizəyə dair məruzələri dinlənilib.
Bundan başqa, iclasda Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri Rusiyanın planları barədə məlumat veriblər. İclasda Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı, Quru Qoşunlarının komandanı Aleksandr Sırski, “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavskidən döyüş meydanındakı vəziyyət öyrənilib. Müdafiə naziri Oleksiy Reznikov və Maddi-Texniki Təchizat Qüvvələrinin komandanı Oleq Qulyak mərmilərin tədarükü dinamikası barədə məlumat veriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat