Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsini sona çatdıracaq barış planı üzərində işlərin yekunlaşmaq üzrə olduğunu açıqlayıb.
Sherg.az xəbər verir ki, Zelenski sosial media hesabında yazıb: “Bu həftə, hamımız üçün qan tökülməsinə son qoymaq üçün yeni xəbərlər gələ bilər.”
Prezident həmçinin bildirib ki, müharibədən sonra Ukraynanın bərpası və iqtisadi inkişafı ilə bağlı məsələlər üzrə ABŞ tərəfi ilə görüş keçiriləcək. O vurğulayıb: “Ukrayna üçün hər şey etibarlı və şərəflə həyata keçirilməlidir.”
ABŞ-ın müharibəni sona çatdırmaq üçün təklif etdiyi barış planı üzərində işlərin davam etdiyini qeyd edən Zelenskiy əlavə edib:
“Eyni zamanda, müharibəni sona çatdıracaq əsas sənədin 20 maddəsi üzərində işlərimizi yekunlaşdırırıq. Prezident Donald Trampın nümayəndə heyəti və Avropadakı müttəfiqlərimizlə birgə apardığımız işlərdən sonra sənədi yaxın günlərdə ABŞ-a təqdim edəcəyik.”
Zelenski, Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi istiqamətində “İstəkli Koalisiyanın” bu gün keçiriləcək toplantısına da diqqət çəkərək bildirib: “Bu həftə, hamımız üçün qan tökülməsinə son qoymaq üçün yeni xəbərlər gətirə bilər.”
O, barışın təmin olunması üçün Rusiyanın hücumlarının dayandırılması və gələcəkdə Ukraynaya qarşı təkrar hər hansı bir təcavüzün olmaması istiqamətində işlərin aparıldığını qeyd edib.