Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN

Ukrayna Prezidenti Volodimir Zelenski 2026-cı ildə Ukrayna və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın iclasını Kiyevdə keçirməyi təklif edib.

Modern.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, təklif İrəvanda "Avropa Siyasi Birliyi" sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş zamanı səsləndirilib.

Tərəflər iqtisadi tərəfdaşlığın inkişafını, regiondakı vəziyyəti və təhlükəsizlik məsələlərini, eləcə də sülhə nail olmaq üçün səyləri müzakirə ediblər.