10 yaşında, tam 92 cinayət qeydi olan uşaq İstanbulda saxlanıldı

İstanbulun Sarıyer rayonunda alış-veriş mərkəzində uşaqları ilə vaxt keçirən 35 yaşlı Melike A.-nın uşaq arabasından asılı çantası oğurlanıb. İçində mobil telefon, 1400 lirə nağd pul və pul kisəsi olan çantanı 10 yaşlı D.T. oğurlayıb. Şübhəli daha sonra taksi ilə qaçarkən Sarıyer Asayiş Bürosu əməkdaşları tərəfindən saxlanılıb.

Sherg.az xəbər verir ki, hadisə dünən saat 19:00 radələrində İstinye bölgəsində yerləşən alış-veriş mərkəzində baş verib. Məlumata görə, Melike A. uşaqları ilə mərkəzdə olduğu zaman uşaq arabasında asılı çantasının yerində olmadığını görüb.

Çantada təxminən 100 min lirə dəyərində mobil telefon, 1400 lirə nağd pul və pul kisəsinin olduğu bildirilib. O, dərhal polisə məlumat verərək şikayət edib.

Sarıyer Asayiş Bürosu əməkdaşları hadisə yerindəki və ətrafdakı təhlükəsizlik kameralarını araşdırmağa başlayıb. Araşdırma nəticəsində müəyyən edilib ki, şübhəli alış-veriş mərkəzində gəzərək bir müddət sonra uşaq arabasına yaxınlaşıb çantanı götürüb və daha sonra taksi ilə ərazidən uzaqlaşıb.

Polis tərəfindən izlənilən 34 TJV 54 dövlət nömrə nişanlı taksi Böyükdərə küçəsi TEM bağlantı yolunda saxlanılıb. Avtomobildə aparılan yoxlama zamanı çantanı oğurladığı müəyyən edilən D.T. oğurlanmış əşyalarla birlikdə yaxalanıb.

Polis idarəsinə aparılan 10 yaşlı uşağın “oğurluq” cinayətindən 92 qeydinin olduğu müəyyən edilib. D.T. Sarıyer Uşaq Polis Şöbəsinə təhvil verilib, oğurlanan əşyalar isə sahibinə qaytarılıb.