Qaxda bir həftə əvvəl üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında yaralanan şəxslərdən biri xəstəxanada ölüb.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, 1957-ci il təvəllüdlü Sevda Sabir qızı Mirzəyeva ötən gün Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, avqust ayının 10-da axşam saat 23:30 radələrində Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində "Ford" və "VAZ-21099" markalı iki minik avtomobili toqquşmuşdu. Nəticədə avtomobildə olan Qax şəhər sakinləri Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və sürücünün bacısı oğlu Tural Nəzərov hadisə yerində ölmüşdülər. Ford markalı avtomobilin sürücüsü Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu və anası Sevda Mirzəyeva Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. S.Mirzəyeva avqust ayının 14-ü müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi.