Ova birlikdə getdiyi dostunu güllələdi


Şamaxıda ova gedən şəxs ehtiyatsızlıqdan öz dostunu vurub.
Oxu.Az xəbər verir ki, hadisə Şamaxıda meşəlik ərazisində baş verib.
Axşam saatlarında ova gedən dostlar iz axtarmaq məqsədi ilə fərqli istiqamətlərə ayrılıblar.
Bu zaman ehtiyatsızlıq səbəbindən Şamaxı rayon Qızmeydan kənd sakini 1991- ci il təvəllüdlü Heybətov Rafiq Ağaxan oğlu dostunun açdığı atəş nəticəsində boyun nahiyəsindən yaralanıb.
O, elə dostu tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.
R.Heybətovun vəziyəti ağırlaşdığından Bakıya göndərilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.