Türkiyənin Qaziantep şəhərində toyda halay çəkən insanlar arasında baş verən davada 3 nəfər yaralanıb.
Məlumata görə, mərkəzi Şehitkamil mahalı Göztepe məhəlləsindəki toy salonunda halay çəkilən zaman naməlum səbəbə görə mübahisə yaranıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, qısa müddətdə davaya çevrilən hadisədə 3 nəfər ağır yaralanıb.
Yaralılar hadisə yerinə gələn 112 Təcili Xidmət qrupların tərəfindən Şehitkamil xəstəxanasına çatdırılıb.
Hadisəyə görə gəlin və bəy vaxtından əvvəl toyu tərk ediblər.
Polis qrupları toy salonunda və məhəllədə təhlükəsizlik tədbiri görüb.