Atlantik okeanda formalaşan “Lorenso” qasırğası beşinci kateqoriyaya yüksəlib.
APA -nın məlumatına görə, bu barədə ABŞ Qasırğalarüzrə İzləmə Mərkəzi məlumat yayıb.
Qasırğanın bazar günü axşamdan başlayaraq zəifləyəcəyi gözlənilir. Bir neçə gün sonra isə qasırğanın Azor adaları sahillərinə çatacağı proqnozlaşdırılır.