Qaxda partlayış: 6 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi Qaxda baş verən partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Qaxda baş verən partlayış nəticəsində 6 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onlardan 4-ün vəziyyəti yüngül, 2-nin vəziyyəti isə orta-ağır stabildir.

Həkimlərin bildirdiyinə görə xəstələrin həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, Qaxda partlayış olub. Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Partlayış nəticəsində 5 nəfər rayon sakini xəsarət alıb. Xəsarət alanlar - 39 yaşlı Nuruşvili Tamazi, 49 yaşlı Zeynalaşvili Cemali, 26 yaşlı Daroşvili Sardion, 31 yaşlı Nuroşvili Dato və Papiaşvili Beka rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır. 

İlkin məlumata görə, partlayış qazıntı işləri aparılan zaman baş verib. 

Faktla bağlı araşdırma aparılır.