Bərdədə avtomobil piyadanı vurub.
Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdə rayon Gərənə kəndində baş verib. Belə ki, yolu keçmək istəyən Bərdə rayon Cəyərli kənd sakini 1963-cü il təvəllüdlü Hüseyinova Şöylə Haqverdi qızını "Mercedes" markalı minik avtomobili vurub.
Xəsarət alan Ş.Hüseyinova Təcili Tibbi Yardım Briqadasının köməkliyilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.