Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru xidməti maşını ilə qəza törədib.
Report-un məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmovun idarə etdiyi “Toyota Prado” markalı xidməti avtomobil digər nəqliyyat vasitəsinə dəyərək aşıb.
Qəza zamanı maşın deformasiya uğrayıb və idarə rəsi xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağı araşdırşma aparılır.