Rusiyada bir nəfərin ölümündə, bir nəfəri isə yaralamaqda ittiham edilən Azərbaycan vətəndaşı ələ keçib.
Oxu.Az xəbər verir ki, 36 yaşlı azərbaycanlı Sankt-Peterburq şəhərində saxlanılıb.
Qeyd edək ki, hadisə oktyabrın 19-da baş verib. Azərbaycanlı mətbəx bıçağı ilə mübahisə zəminində əvvəlcə keçmiş sevgilisini, daha sonra isə onun rəfiqəsini bıçaqlayıb.
Qadınlardan biri hadisə yerində keçinib, digəri isə yaralı halda xəstəxanaya yerləşdirilib.