Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralında, rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı yük maşını Qazax istiqamətində hərəkətdə olarkən qarşıdan gələn mişar daşı ilə dolu “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə, “KamAz” yoldan çıxaraq aşıb, mişar daşları ətrafa səpələnib. Yolda avtomobillərin gediş-gəlişində maneələr yaranıb.
Qəza zamanı hər iki sürücü - Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Sadıqov Elnur Füzuli oğlu və Bakı şəhər Qala qəsəbəsi sakini, 1981-ci il təvəllüdlü Əliyev Təhmasib Məhəmmədəli oğlu müxtəlif bədən xəsarətləri alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.