Toydan qayıdırdılar, qəzaya düşdülər

Qəbələdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16 radələrində Qəbələ-Ağdaş yolunda qeydə alınıb. "QAZ 2410" markalı, 10-KD-881 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və yoldan çıxaraq elektrik dirəklərinə çırpılıb. Hadisə zamanı avtomobildə olan 3 qadın xəsarət alıb. Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən avtomobildəki şəxslər toydan qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.