İsrailin Qəzzaya zərbələri nəticəsində HAMAS-ın 5 yüksək rütbəli rəsmisi öldürülüb

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində HAMAS-ın 5 yüksək rütbəli rəsmisi öldürülüb.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, ölənlər arasında HAMAS-ın Daxili İşlər Nazirliyinin baş direktoru Mahmud Əbu Vətfa və HAMAS-ın siyasi bürosunun dörd digər üzvü var.



Bazar ertəsi gecəsi İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hava hücumlarına başlayıb. İsrail hökuməti bu addımı HAMAS-ın hələ də Qəzzada saxladığı girovları azad etməkdən imtina etməsinə cavab olaraq atdığını bildirib.


Hava hücumları nəticəsində indiyədək 300-dən çox insan həlak olub.