Ermənistanın paytaxtı İrəvanda polislə “Güclü Ermənistan” partiyasının tərəfdarları arasında qarşıdurma olub.
“News-Armenia”-nın Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sargsyana istinadən verdiyi xəbərə görə, “Güclü Ermənistan” partiyasının lideri və “Taşir Group”un prezidenti Samvel Karapetyanın məhkəməsinin keçirildiyi binanın önündəki qarşıdurmada 17 nəfər saxlanılıb.
Onlar polis əməkdaşlarının qanuni tələbinə tabe olmadıqları üçün saxlanılaraq bölməyə aparılıb.